December 2024

PAŞ-ın təbrik bəyanatı

Polşa Azərbaycanlıları Şurası tərəfindən 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik bəyanatı yayılıb: “31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə soydaşlarımızı hər birinizi ürəkdən təbrik edirik!Birliyimiz və həmrəyliyimiz daim möhkəm olsun!Qoy bu gözəl bayram günündə bütün dünyadakı azərbaycanlılar bir-birinə daha da yaxın olsun !Bayramınız mübarək!” Qeyd edək ki, Polşa Azərbaycanlıları Şurasının üzvləri […]

PAŞ-ın təbrik bəyanatı Read More »

Təyyarə qəzasında vəfat edənlər Polşada da anılıb

25 dekabrda Qazaxıstanın Aktau şəhəri yaxınlığında baş vermiş “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin qəzaya düşməsi nəticəsində vəfat edənlərin ruhu Polşada da anılıb. “Polşada Azərbaycan diasporu olaraq, vəfat edənlərin ruhunu yad etmək üçün səfirliyimizin önünə toplaşdıq. Qəzada həyatını itirənlərin ruhunu ehtiramla anır, sağ qalanlara isə şəfa diləyirik. Allah rəhmət eləsin”,- deyə PAŞ-ın məlumatında bildirilib.

Təyyarə qəzasında vəfat edənlər Polşada da anılıb Read More »

Varşavda repçi Pasterin konserti olub

Polşa Azərbaycanlıları Şurası tərəfindən Varşavda dekabrın 25-də repçi Pasterin (Pərviz Quluzadə) konserti olub. “Varşava konsertini bir çox çətinliyə baxmayaraq uğurla başa vurduq. 550 nəfərdən çox soydaşımız Varşavada bir yerə yığışaraq möhtəşəm atmosfer yaratdı. Paster blessed isə söz verdi ki, Varşavadakı növbəti konsert daha dəhşət olacaq”,- deyə PAŞ-dan bildirilib.

Varşavda repçi Pasterin konserti olub Read More »

Varşava Azərbaycan evində 2-ci İntensiv Karyera Təlimi uğurla başa çatdı

Varşava Azərbaycan Evində keçirilən 2-ci İntensiv Karyera Təlimi uğurla başa çatıb. Bu haqda Poşa Azərbaycanlılıarı Şurasının sədri Fərid Cəfərli məlumat verib. “2 həftəlik təlimdə iştirakçılarımız yeni bilik və bacarıqlar qazandılar. Maliyyə, mühasibatlıq, MS Excel, SAP ERP, yumuşaq bacarıqlar, özünü təqdimetmə və karyera inkişafı mövzularında həm nəzəri, həm də praktiki dərslərlə dolu məhsuldar günlər keçirdik. Təlimin

Varşava Azərbaycan evində 2-ci İntensiv Karyera Təlimi uğurla başa çatdı Read More »

Varşava Azərbaycan evində hüquqi mövzular üzrə növbəti təlim keçirlib

Polşa Azərbaycanlıları Şurası tərəfindən 17 dekabr, saat 18:00-da Varşava Azərbaycan evində, artıq 4-cü dəfədir ki, təcrübəli vəkil iştirakı ilə hüquqi mövzular üzrə ödənişsiz təlim təşkil edilmişdir.Təlimdə vəkil Andriy Dementiy, Polşada yaşayan əcnəbilər üçün daimi və müvəqqəti oturum icazələrinin alınma prosedurlarını, Polis saxlamaları zamanı davranış nümunələrini, əcnəbilərin hüquq və vəzifələrinin necə yerinə yetirilməli olduqlarını ətraflı və

Varşava Azərbaycan evində hüquqi mövzular üzrə növbəti təlim keçirlib Read More »

Polşada keçirilən 17-ci Beynəlxalq Xeyriyyə Bazarı (Charity Bazaar) tədbirində ölkəmiz təmsil olunub

Azərbaycanın Polşadakı Səfirliyi, Polşada akkreditə edilmiş Mərkəzi Avropa Ölkələri üzrə Ticarət Nümayəndəliyi və Polşa Azərbaycanlıları Şurası birgə şəkildə Polşa Respublikasının Birinci xanımı Aqata Kornhauzer-Dudanın himayəsi altında keçirilən 17-ci Beynəlxalq Xeyriyyə Bazarı (Charity Bazaar) tədbirində ölkəmizi təmsil etmişdir. Tədbir, “Polşada akkreditə olunmuş Diplomatik Missiya Rəhbərlərinin Xanımları” Assosiasiyası (SHOM) tərəfindən təşkil olunmuşdur. Tədbir zamanı Polşa Respublikasının Birinci

Polşada keçirilən 17-ci Beynəlxalq Xeyriyyə Bazarı (Charity Bazaar) tədbirində ölkəmiz təmsil olunub Read More »