Yüklənir…
Biz kimik?
“Azwspolnota.org” saytı Polşa Azərbaycanlıları Şurasının (PAŞ) rəsmi internet səhifəsi olaraq fəaliyyət göstərir. Ümumi olaraq Polşadakı Azərbaycan diasporunun fəaliyyəti ilə bağlı ən özəl xəbərləri bu saytdan oxuya bilərsiniz. Hər gün yeni xəbərlərlə zənginləşən sayt, eyni zamanda, Polşadakı soydaşlarımızın tribunası rolunu oynayır.
Saytda dərc olunan yazılarda dünya təcrübəsinə əsasən jurnalistikanın dəqiqlik, obyektivlik və qərəzsizlik prinsiplərinə tam riayət olunur.
Fərid Cəfərli
Polşa Azərbaycanlıları Şurasının Sədri
Polşa Azərbaycanlıları Şurası (PAŞ) 2017-ci ildən fəaliyyət göstərir. Bu günə kimi Polşa Azərbaycanlıları Şurası tərəfindən Polşa və digər ölkələrdə Azərbaycanın müsbət imicinin formalaşması istiqamətində saysız tədbir və layihələr həyata keçirilib. Eyni zamanda, təşkilat Polşa-Azərbaycan əlaqələrinin güclənməsinə də öz töhfəsini verir. Bu baxımdan Polşanın rəsmi qurumları, həmçinin qeyri-hökumət təşkilatları ilə mütəmadi olaraq əməkdaşlıq edilir.
Biz Polşa Azərbaycanlıları Şurası olaraq hər zaman əzmlə çalışmışıq. Bu gündən sonra da var gücümüzlə çalışacağıq. Əminəm ki, bundan sonra da bizim komanda böyük uğurlara imza atacaq. Çünki bizim təşkilat fərd üzərində yox, struktur üzərində qurulmuşdur. Rəhbərlikdə kimin olmasından asılı olmayaraq ideyamız, məqsədimiz eynidir: güclü Azərbaycan naminə! İstək və arzumuz Azərbaycanın daima işıqlı sabahını görməkdir.
Biz Azərbaycanımızın müstəqilliyindən güc alıb, ölkə xaricində ölkəmizin maraqlarını var gücümüzlə müdafiə edirik. Bu ideoloji yolda, diaspor fəaliyyətində göstərdiyimiz əzm, iradə bizdən sonrakı nəsillərə dərs olacaq. Necə ki, biz də bu gün bizdən öncəki nəsillərin Azərbaycanı yaşatmaq uğrunda atdıqları addımlardan örnək götürürük.
5–15 oktyabr 2026-cı il tarixlərində Polşanın paytaxtı Varşavada təşkil olunan Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Varşava İnsan Ölçüsü Konfransında Polşa Azərbaycanlıları …
Azərbaycanın Polşadakı yeni səfiri Fuad İsgəndərov Varşava Azərbaycan Evini ziyarət edib Azərbaycan Respublikasının Polşa Respublikasına yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri …
Nuray Axundzadə Polşa Azərbaycanlıları Şurasında təcrübə proqramını uğurla başa vurub Beynəlxalq Münasibətlər ixtisası üzrə təhsil alan tələbə soydaşımız Nuray Axundzadə Polşa Azərbaycanlıları …
Varşavada Orxan Zeynallının canlı konserti keçirilib 23 may 2026-cı il tarixində Polşanın paytaxtı Varşavada yerləşən The One Warsaw səhnəsində tanınmış azərbaycanlı ifaçı …
Akademik Zərifə Əliyeva adına təqaüd proqramı Polşa Azərbaycanlıları Şurasının həyata keçirdiyi artıq ikinci təqaüd proqramıdır. Şuranın təşəbbüsü ilə ilk təqaüd proqramı Azərbaycanın …
Varşava Azərbaycan Evində Novruz bayramı qeyd olunub Polşanın paytaxtı Varşavada fəaliyyət göstərən Azərbaycan Evində xalqımızın ən qədim və əziz bayramlarından biri olan …
26 fevral 2026-cı il tarixində Xocalı soyqırımının 34-cü ildönümü münasibətilə Varşava Azərbaycan Evində Polşa Azərbaycanlıları Şurasının İdarə Heyəti üzvü Tuncay Novruzzadə və …