Azərbaycanın Polşadakı yeni səfiri Fuad İsgəndərov Varşava Azərbaycan Evini ziyarət edib
Azərbaycan Respublikasının Polşa Respublikasına yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri cənab Fuad İsgəndərov Varşava Azərbaycan Evini ziyarət edib.
Polşa Azərbaycanlıları Şurasının (Wspólnota Azerbejdżańska w Polsce) rəhbəri Fərid Cəfərli tərəfindən qarşılanan cənab səfirin Azərbaycan Evini ziyarəti Azərbaycan diasporu ilə diplomatik nümayəndəlik arasında mövcud əlaqələrin davam etdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Görüş çərçivəsində Azərbaycan diasporunun Polşadakı fəaliyyəti, icma üzvləri arasında əlaqələrin gücləndirilməsi və səfirliklə diaspor təşkilatları arasında qarşılıqlı əməkdaşlığın əhəmiyyəti diqqət mərkəzində olub.
Cənab Fuad İsgəndərovun diplomatik fəaliyyətinin ilk günlərindən etibarən Azərbaycan diasporuna göstərdiyi diqqət və yüksək ehtiram, eləcə də ilk görüşlərindən birini məhz Varşava Azərbaycan Evində keçirməsi təşkilatımız tərəfindən böyük məmnunluqla qarşılanıb.
Polşa Azərbaycanlıları Şurası olaraq cənab səfirə göstərdiyi diqqətə və səmimi münasibətə görə təşəkkürümüzü bildiririk.
Azərbaycan Respublikasının Polşadakı Səfirliyi ilə diaspor təşkilatları arasında formalaşmış əməkdaşlığın bundan sonra da uğurla davam edəcəyinə, birgə təşəbbüslərin və qarşılıqlı əlaqələrin daha da möhkəmlənəcəyinə inanırıq.
Cənab Fuad İsgəndərova diplomatik fəaliyyətində uğurlar arzulayırıq!
Görüşdən görüntülər: Instagram paylaşımı




















