Varşavada Orxan Zeynallının canlı konserti keçirilib
23 may 2026-cı il tarixində Polşanın paytaxtı Varşavada yerləşən The One Warsaw səhnəsində tanınmış azərbaycanlı ifaçı Orxan Zeynallının eksklüziv canlı konserti baş tutub.
200-dən çox soydaşımızın iştirakı ilə keçirilən konsert Varşavada yaşayan Azərbaycan icması üçün yaddaqalan və xüsusi bir musiqi gecəsinə çevrilib.
İki illik fasilədən sonra yenidən Varşava səhnəsinə qayıdan Orxan Zeynallı konsert boyunca sevilən mahnılarını canlı ifa edərək iştirakçılara unudulmaz anlar yaşadıb.
Səmimi və enerjili atmosferdə keçirilən tədbir Polşada yaşayan azərbaycanlıların bir araya gəlməsi, milli musiqimiz ətrafında birləşməsi və icma daxilində sosial-mədəni əlaqələrin gücləndirilməsi baxımından əhəmiyyətli olub.
Polşa Azərbaycanlıları Şurası (Wspólnota Azerbejdżańska w Polsce) olaraq xaricdə yaşayan soydaşlarımızın birliyini gücləndirən, Azərbaycan musiqisini və mədəniyyətini təbliğ edən bu cür tədbirləri yüksək qiymətləndiririk.
Konsertdən ən maraqlı və yaddaqalan anları təqdim edirik.
Konsertdən görüntülər: Instagram paylaşımı




















