5 dekabr 2023-cü il tarixində Polşa Azərbaycan evində Polşa Azərbaycanlıları Şurasının təşkilatçılığı ilə Polşa universitetlərində təhsil alan soydaşlarımız üçün ödənişsiz konsultasiya keçirilmişdir. Konsultasiya zamanı polyak hüquqşünas Jakub Księżak tələbələr üçün yaşayış icazəsi almaqla bağlı bütün məsələlərə aydınlıq gətirmişdir.
Polşa Azərbaycan evinin rəhbərliyi görüşə qatılan tələbələrə və Jakub Księżak təşəkkürlərini bildirib. Bu cür faydalı görüşlərin gələcək günlərdə daha tez-tez təşkil edilməsi nəzərdə tutulub.