Azərbaycan diaspor fəalları Berlində Brandenburq qapısı qarşısında aksiya keçiriblər. Aaksiya iştirakçıları Azərbaycana həmrəylik nümayiş etdiriblər.
Aksiya iştirakçıları alman və ingilis dillərində “Ali Baş Komandanın siyasətini dəstəkləyirik” kimi şüarları səsləndiriblər. Həmçinin aksiya çərçivəsində Ermənistanın Azərbaycan torpaqlarını 30 il işğal altında saxlaması barədə ətraflı məlumat verilib.
Qeyd edək ki, həmin gün bundan əvvəl erməni lobbisinin nümayəndələri Kansler Aparatının qarşısında Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Kansleri Olaf Şoltsun dəvəti ilə Berlinə səfərinə etiraz olaraq aksiya keçiriblər.
Azərbaycan Prezidentinin səfəri təkcə erməni lobbisinin nümayəndələrini deyil, onlarla eyni maraqlardan çıxış edən, xarici qüvvələrin təsiri altında fəaliyyət göstərən bir qrup azərbaycanlını da narahat edib.
Qeyd edək ki, aksiyada Polşa Azərbaycanlıları Şurası və Varşava Azərbaycan Evi tərəfindən qrup soydaşımız da iştirak edib. Polşa Azərbaycanlıları Şurasının sədri Fərid Cəfərli aksiya ilə bağlı öz təəssürtalarını bölüşüb: “Biz nə vaxt və harada olmaq lazımdır, bilirik. Biz hər yerdəyik”.