PAŞ idarə heyəti üzvü Şamo Qubadov Gənclər Gününə özəl keçirilən tədbirdə, Azərbaycan Diaspora Gənclərinin Polşa koordinatoru seçildi.
2 fevral 2026-cı il tarixində, Türkiyənin İstanbul şəhərində Gənclər Gününə həsr olunmuş “Azərbaycan Diaspora Gəncləri: Birlik və İnkişaf Forumu” Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi və Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının birgə təşkilatçılığı ilə keçirilmişdir. Forumun əsas məqsədi müxtəlif ölkələrdə fəaliyyət göstərən Azərbaycanlı diaspora gənclərini bir platformada birləşdirmək, onların fəaliyyətinin koordinasiyasını gücləndirmək, beynəlxalq müstəvidə təmsilçilik imkanlarını […]








