Polşada yaşayan azərbaycanlı tələbələr üçün növbəti ödənişsiz seminar təşkil edilib

Polşa Azərbaycanlıları Şurası və ASAP-ın( Azerbaijan Student Alumni Platform) dəstəyi ilə Interstudy-Student Services tərəfindən Polşada yaşayan azərbaycanlı tələbələrin maliyyə və mühasibatlıq sahələrində iş tapmaq və karyera qurmaları üçün növbəti ödənişsiz seminar təşkil edildi.
Artıq 2-ci görüş olmağına baxmayaraq, bu gün 60-dan çox soydaşımız layihə ilə yaxından maraqlanmış, seminara qatılmışdır. Qeyd edək ki, layihə Varşava Azərbaycan Evində həyata keçirilsə də, digər şəhərlərdən də online qoşulan soydaşlarımızın sayı az deyil. Hal-hazırda 100-dən çox soydaşımız Polşada bank sektorunda çalışır. Polşa Azərbaycanlıları Şurasının sədri Fərid Cəfərli deyib ki, birlikdə bu sayı daha da artırmaq qərarına gəliblər: “Seminarın təşkil olunmasında dəstəyə görə təlimçi Elçin Eyvazova öz minnətdarlığımızı bildiririk. Elçin müəllim hər həftə zəhmət çəkib seminara gəlir, soydaşlarımıza qeyd olunan sahələr üzrə ən vacib bilikləri öyrədir. Təşkilatçılar olaraq bizim hər birimiz üçün ən önəmli məsələ, soydaşlarımızın Polşada nüfuzlu yerlərdə işləməyi, ölkəmizin adını ucaltmaqlarıdır”.
Nəzərinizə çatdıraq ki, Mentorship proqramına qeydiyyat üçün qeyd olunan nömrə ilə Whatsapp vasitəsilə əlaqə saxlaya bilərsiniz.
+48 577 567 130

Leave a Comment

Your email address will not be published. Required fields are marked *