Polşadakı Azərbaycan icması DİDK sədri Fuad Muradovla görüşüb

04.11.2022-ci il tarixdə Polşanın Varşava şəhərində Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun Polşada fəaliyyət göstərən Azərbaycan icmalarının üzvləri ilə görüşü baş tutdu. Görüşdə iştirak edən qonaqlara Polşa Azərbaycanlıları Şurasının və Varşava Azərbaycan Evinin fəaliyyətinə, 2020-ci ilin iyul ayından cari ilin noyabr ayına qədər görülən işlərə dair məlumat verilib.
Görüşdə ümumilikdə 300-ə yaxın soydaşımız iştirak edirdi. Onlardan 100 nəfəri digər şəhərlərdən, 200 nəfərə yaxın hissəsi isə Varşava şəhərindən gəlmişdi. “Qısa zaman ərzində bu qədər soydaşımızı bir araya yığa bilməyimiz, bizim həmrəyliyimizi, gücümüzü, birliyimizi göstərir.
Dəvətimizi qəbul edib görüşdə iştirak edən hər bir soydaşımıza, Azərbaycandan gələn qonaqlarımıza, Azərbaycan Respublikasının Polşa Respublikasındakı Səfirliyinə və hörmətli səfirimiz Nərgiz xanım Qurbanovaya, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin bütün əməkdaşlarına və şəxsən Komitəsi sədri cənab Fuad Muradova öz təşəkkürümü bildirirəm”, -deyə PAŞ sədri Fərid Cəfərli bildirib.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *