Polşa Azərbaycanlıları Şurası Polşa Azərbaycanlıları Şurasının rəsmi saytı

Haqqımızda

Biz kimik?

"Azwspolnota.org" saytı Polşa Azərbaycanlıları Şurasının (PAŞ) rəsmi internet səhifəsi olaraq fəaliyyət göstərir. Ümumi olaraq Polşadakı Azərbaycan diasporunun fəaliyyəti ilə bağlı ən özəl xəbərləri bu saytdan oxuya bilərsiniz. Hər gün yeni xəbərlərlə zənginləşən sayt, eyni zamanda, Polşadakı soydaşlarımızın tribunası rolunu oynayır.
Saytda dərc olunan yazılarda dünya təcrübəsinə əsasən jurnalistikanın dəqiqlik, obyektivlik və qərəzsizlik prinsiplərinə tam riayət olunur.

Haqqımızda

Fərid Cəfərli
Polşa Azərbaycanlıları Şurasının Sədri

Polşa Azərbaycanlıları Şurası (PAŞ) 2017-ci ildən fəaliyyət göstərir. Bu günə kimi Polşa Azərbaycanlıları Şurası tərəfindən Polşa və digər ölkələrdə Azərbaycanın müsbət imicinin formalaşması istiqamətində saysız tədbir və layihələr həyata keçirilib. Eyni zamanda, təşkilat Polşa-Azərbaycan əlaqələrinin güclənməsinə də öz töhfəsini verir. Bu baxımdan Polşanın rəsmi qurumları, həmçinin qeyri-hökumət təşkilatları ilə mütəmadi olaraq əməkdaşlıq edilir.
Biz Polşa Azərbaycanlıları Şurası olaraq hər zaman əzmlə çalışmışıq. Bu gündən sonra da var gücümüzlə çalışacağıq. Əminəm ki, bundan sonra da bizim komanda böyük uğurlara imza atacaq. Çünki bizim təşkilat fərd üzərində yox, struktur üzərində qurulmuşdur. Rəhbərlikdə kimin olmasından asılı olmayaraq ideyamız, məqsədimiz eynidir: güclü Azərbaycan naminə! İstək və arzumuz Azərbaycanın daima işıqlı sabahını görməkdir.
Biz Azərbaycanımızın müstəqilliyindən güc alıb, ölkə xaricində ölkəmizin maraqlarını var gücümüzlə müdafiə edirik. Bu ideoloji yolda, diaspor fəaliyyətində göstərdiyimiz əzm, iradə bizdən sonrakı nəsillərə dərs olacaq. Necə ki, biz də bu gün bizdən öncəki nəsillərin Azərbaycanı yaşatmaq uğrunda atdıqları addımlardan örnək götürürük.