“Land of Fire” mini futbol klubu Polşa liqa qalibləri turnirinin çempionu olub

Polşada yaşayan həmvətənimiz Əli Nəcəfov tərəfindən Heydər Qurbanovun yardımi ilə 2022-ci ildə yaradılan və Polşada Azərbaycanlılar (Azerowie) kimi tanınan Fc Land of Fire Katowice mini futbol klubu Playarena Chorzow liqasında çempion olduqdan sonra 27.07.2024 tarixində Varşava şəhərində keçirilən Polşa liqa qalibləri turnirində iştirak etmişdir. Bu haqada saytımıza həmvətənimiz Əli Nəcəfov məlumat verib.

Murad Qocayev, Aslan Bədəlzadə, Əlisahib Əmiraslanov və Heydər Qurbanov kimi yerli futbolçuların olduğu 12 nəfərlik heyətlə turnirdə iştirak etdi.
31 şəhərdən 64 komandanın iştirak etdiyi turnirdə klub yarışa K qrupdan başlamışdır. Qrupu 2 qələbə 1 heç-heçə ilə başa vurduqdan sonra 2-ci yerlə qrupdan çıxmışdır. 16/1 mərhələsində ”Mlodzi Emeryci NordGips Torun” komandasını 3-2 məğlub edən klubumuz daha sonra 8/1 mərhələde ”A Seree Tee Old Boys Krotoszyn” komandasını 9-5 hesabı ilə məğlub etdi.
4/1 mərhələsinə yüksələn klubumuz bu sınaqda KS Czarny Lodz komadasina 4-0 kimi hesabla inamlı qələbə qazanaraq yarımfinala yüksəlməyə layiq oldu.
Yarımfinalda KSB WARSZAWa-nın rəqibi olan komandamiz ağır keçən yarımfinal qarşılaşmasının ardından rəqibi 2-1 hesabla məğlub edərək finala vəsiqə qazandı.

Paytaxt sakinlərini evə əli boş göndərən komandamiz çempionatın favoriti olaraq görülən Torun şəhərinin təmsilçisi Toruńskie Dziki Toruń” komadasini 6-2 kimi inamlı qələbə ilə məğlub edərək turnirin çempionu oldu.
Komandamızda ən inamlı çıxış edən futbolçular 14 Golla Piotrek Makowski,7 Golla Mayer Zambrano oldu.Komandamızın qapıçısı Maksim Kiselov turnirin ən yaxşı qapıçı seçilərkən Mateus Gorka ən yaxşı oyunçu ünvanına laiq görülüb.

Fc Land of Fire komandamiz bu möhtəşəm turnirin qalibi olaraq “Socca” futbol federasiyasınin Yunanıstanda keçirəcəyi Mini futbol Çempionlar liqasına vəsiqə qazanmışdır. Polşanı Yunanıstanda təmsil edəcək klubumuz 16 oktyabrda Atinaya yola düşəcək.

https://www.youtube.com/live/dsyqA9i0hkQ?si=AN5OUb9Pwf6tzOPz Draw

image-63992361-b091-43d5-b52c-76b4d67304d0
image-cf05e412-7c29-474a-80e7-3c89c91db535
image-9f21653d-29f8-4699-830c-6af15ae9297a
image-8a07a686-69f3-418f-890d-e93acf90aef1

Leave a Comment

Your email address will not be published. Required fields are marked *