PAŞ sədrinin forum təəssüratları

Xəbər veridiyimiz kimi, 12 may 2024-cü il tarixində Roma şəhərində Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun lV Forumu keçirildi. Forumda Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun idarə heyətinin üzvü, Polşa Azərbaycanlıları Şurasının sədri Fərid Cəfərli də iştirak edərək məruzə ilə çıxış edib. Fərid Cəfərli forumla bağlı təəssürtalarınını bölüşüb: “Forumda 44 günlük Vətən müharibəsindən əvvəl və sonra Azərbaycanın qlobal informasiya müharibəsində hücum və müdafiə mövqeyi, Azərbaycan diasporunun informasiya savaşının ön cəbhəsində rolu və vəzifələri mövzusunda maraqlı müzakirələr aparıldı. Həmkarlarımız bu mövzuda önəmli təklif və layihələr irəli sürdülər.

Düşünürəm ki, forumda səsləndirilən təklif və layihələrin həyata keçirilməsi Azərbaycanın informasiya müharibəsində mövqeyini daha da möhkəmləndirəcək”.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *