Krakov şəhərində Azərbaycan Gecəsi təşkil edilib

Dekabrın 3-də Polşa Azərbaycanlıları Şurasının təşkilatçılığı ilə Polşanın Krakov şəhərində Azərbaycan Gecəsi keçirilib. Bu haqda saytımıza Polşa Azərbaycanlıları Şurasının sədri Fərid Cəfərli məlumat verib.
Gecədə Polşa Azərbaycanlıları Şurasının İdarə heyətinin üzvü Şamo Qubadov çıxış edərək Şura adından hər kəsi salamlayıb: “Hər birinizi bu gecədə görməkdən çox məmnunuq. Bu dəfə də Krakovda belə bir gecə keçirməli olduq. Biz belə gecələri artıq Polşada bir neçə dəfə təşkil etmişik. Bununla yanaşı, Polşanın müxtəlif şəhərlərində də keçirəcəyik. Bizim istəyimiz odur ki, bir arada olaq, bir-birimizlə daha da yaxından tanış olaq və şəbəkələşək.

Ümid edirəm ki, Azərbaycan Gecəsi çox maraqlı, əyləncəli, yaddaqalan olacaq. Canlı musiqi ifaları inanıram ki, hər birinizdə xoş təəssürat yaradacaq. Hər kəsə xoş istirahətlər arzu edirik!
Sonda gecədə iştirak edən Polşadakı Azarbaycan Evnin nəzdindəki Mədəniyyət mərkəzinin rəhbərinə, Polşa Azərbaycanlıları Şurasının koordinatorlarına təşəkkür edirik.
Bizə bu gecəni keçirmək üçün yaratdığı şəraitə görə isə “Çikaqo” restoranının rəhbərinə minnətdarlığımızı bildiririk”.
Gecədə soydaşlarımız birlikdə səmimi söhbətlər edib, milli rəqslərimizi oynamaqla yanaşı, həm yerli, həm də xarici mahnıların karaoke ifalarını dinləyiblər. Polşadakı Azarbaycan Evnin nəzdindəki Mədəniyyət mərkəzinin rəhbəri Fərid Abdullayev isə gitarada canlı musiqi ifaları ilə gecəni daha da gözəlləşdirib. Polşa Azərbaycanlıları Şurası tərəfindən qonaqlara eksklüziv milli hədiyyələr təqdim olunub.

image-screenshot_2023-12-04-12-48-16-268_com-miui-videoplayer
image-img-20231204-wa0101
image-img-20231204-wa0098
image-img-20231204-wa0095
image-img-20231204-wa0094
image-img-20231204-wa0092
image-img-20231204-wa0090
image-img-20231204-wa0086

Leave a Comment

Your email address will not be published. Required fields are marked *