Xəbər verildiyi kimi, Polşa Azərbaycanlıları Şurası tərəfindən 26 may 2024-cü il tarixində 28 May-Respublika Gününə həsr edilmiş tədbir keçirilib. Bu hadqa PAŞ Fərid Cəfərli öz təəssüratlarını sosial şəbəkə hesabında bölüşüb: “28 May-Müstəqillik Gününə həsr edilmiş tədbirimizi çox yüksək səviyyədə keçirdik. Tədbirdə növbənöv milli yeməklərimiz, bir çox hədiyyələr, milli rəqslər, canlı musiqi, DJ, fotoqraf, videoçəkiliş, əyləncəli oyunlar, demək olar ki, bir tədbirdə ola biləcək hər şey var idi. Belə şanlı bir gün üçün hazırlanmış mərasimdə çalışdıq ki, hər bir şey bu müqəddəs günə uyğun olsun.
Həqiqətən, belə gözəl bir günü, Müstəqillik günümüzü soydaşlarımızla birlikdə keçirmək şəxsən məni çox qürurlandırdı. Və inanıram ki, hər biriniz üçün çox xoş oldu.
Təbii ki, bütün bunların həyata keçirilməsində əsas zəhməti çəkən PAŞ-ın idarə heyəti üzvlərinə dərin minnətdarlığımı bildirirəm. Fəxr edirəm ki, belə bacarıqlı və həvəsli gənclərimizlə birlikdə çalışırıq.
Əlavə olaraq tədbirin dəstəkçi şirkətlərinə “Eduventrue”, “OneFleet”,”Bizim Sklep”, “Kebabowski”, “Azpolingua” şirkətlərinə və soydaşlarımız üçün hədiyyəli kampaniyalar təqdim etdikləri üçün isə “Legacy Barbershop”, “Oligarx Barbershop”, “Elegance”, “İkari Sushi” restoranı, milli təamlarımızın hazırlanmasında Şəms xanıma, ərzaq təminatında Alxas bəyə və “Pomegranate” şirkətinə dərin təşəkkürlərimi bildirirəm.
Və başda tədbirdə iştirak edənlər olmaqla, iştirak etmək istəyib də müəyyən səbəblərdən gələ bilməyənlərə, daim bizi diqqətdə saxlayan siz dəyərli soydaşlarımıza dərin minnətdarlığımı bildirirəm!
Müstəqillik Günümüz mübarək!
“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir!”
Diqqətiniz üçün təşəkkürlər!”