Polşada azərbaycanlılardan ibarət yığma “Land of Fire” komandamız “World Cup” həvəskar turnirində iştirak edib

15 iyun 2024-cü il tarixində Polşanın Katoviç şəhərində Polşada yaşayan xaricilər arasında futbol üzrə “World Cup” həvəskar turniri keçirilmişdir. Bu haqda Polşa Azərbaycanlıları Şurasının sədri Fərdi Cəfərli saytımıza məlumat verib.

O deyib ki, Azərbaycanlılardan ibarət yığma komandamız “Land of Fire” komandası da turnirdə iştirak etmişdir: “Müxtəlif ölkələri təmsil edən komandalar təmsil etdikləri ölkələrin bayraqları və musiqi sədaları altında açılış paradı həyata keçirmişlər. Biz də Polşa Azərbaycanlıları Şurası olaraq öz növbəmizdə hər zaman olduğu kimi bu dəfə də komandamızın yanında olduq, milli atributlarımızı nümayiş etdirərək turnirin sonuna qədər komandamızı dəstəklədik.

Həmçinin Azərbaycan Respublikasının Polşa Respublikasındakı Səfrirliynin əməkdaşları da bizim dəvətimizlə komandamıza dəstək üçün qonaq qismində turnirdə iştirak etmişdir. Dəvətimizi qəbul edib gəldikləri üçün səfirliyimizin əməkdaşlarına, komandamızın üzvlərinə və komandamıza dəstək üçün gələn hər kəsə təşəkkürlərimizi bildiririk”.

image-417398856_7955967817798751_7430818211041138969_n
image-417438796_7955967551132111_8597060297945346938_n
image-448682883_7955967634465436_7048066128879596839_n
image-448792449_7955967954465404_6024815534751660618_n
image-448533737_7955967784465421_912131504182370910_n

Leave a Comment

Your email address will not be published. Required fields are marked *