Polşanın paytaxtı Varşava şəhərində yerləşən Azərbaycan evinin və Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə 10 ildən artıq maliyyə təcrübəsi olan təlimçi Elçin Eyvazov tərəfindən möhtəşəm layihəyə start verilib. Belə ki, 50 tələbəyə tam təqaüdlü karyera təlimi keçiriləcək. Polşa Azərbaycanlıları Şurasının sədri Fərid Cəfərlinin verdiyi məlumata görə, “Karyera təlimi” adlı layihə çərçivəsində Polşada yaşayan və Polşaya gələcək bütün tələbələr üçün nəzərdə tutulmuşdur.
Layihənin əsas məqsədi Polşada yaşayan azərbaycanlıların maliyyə və mühasibatlıq sahəsində beynəlxalq şirkətlərdə iş tapmasına kömək olmaqdır.
Qeydiyyatın başlanma tarixi: 02.03.2024. Qeydiyyat üçün son tarix : 25.03.2024. Təlimin başlanma tarixi: 01.04.2024.
Qeydiyyat linki: https://forms.gle/tyV3P6FBP4Ck4otP6
Minumum tələb B1 ingilis dili səviyyəsi.
Təlim proqrama seçim müsahibə əsasında müəyyən ediləcək. Qeydiyyatdan sonra hər bir tələbə müsahibənin vaxtı barədə məlumat alacaq.
Maliyyə üzrə Təlim Proqramına 2 modul daxildir və 2 ay davam edəcək. Dərslər həftədə 2 dəfə 1 saat olmaqla Azərbaycan evində və online keciriləcək.
Modul 1- Maliyyə və Mühasibat
– İlkin terminlər və maliyyə hesabat formaları;
– Praktiki Mühasibatlıq;
– Microsoft Excel;
– SAP Mühasibat modulu;
Modul 2- Karyera Mentorluğu;
– CV-nin hazırkı əmək bazarına uyğun hazırlanması;
– “Linkedin” hesabının vakansiyalara uyğunlaşdırılması;
– Müsahibə mərhələlərinə hazırlıq;
– Şirkətlərə effektiv müraciət olunması;
Mentorlar: Elçin Eyvazov- 10 ildən çox maliyyə təcrübəsi var. Hazırkı iş yeri: Danfoss GBS -Accounting Controller.
Mülayim Quliyeva- 15 ildən cox maliyyə təcrübəsi var. Hazırkı iş yeri: Stryker GBS -RTR/FA Associate Manager.
Həmid Bayramov -5 ildən cox maliyyə təcrübəsi var. Hazırkı iş yeri: Accenture BPO -RTR Analist.