Poşadakı soydaşlarımızın tanınmış vəkil Andriy Dementiylə növbəti görüşü keçirilib

 Varşavanın ən qabaqcıl vəkillərindən biri olan cənab Andriy Dementiylə 2-ci görüş keçirilib. Bu görüş Andriy Dementiyin ofisində individual formatda təşkil edilib. Görüşdə 2 nəfər onlayn olmaqla ümumi 9 nəfər üçün fərdi şəkildə 20-30 dəqiqəlik konsultasiya təşkil olundu.

Polşa Azərbaycanlıları Şurasından bildirlib ki, növbəti görüşün 2 saatlıq təlim konseptində Varşava Azərbaycan Evində keçirilməsi planlaşdırılır: “Bu təlimdə Siz, yaşanmış insident və mübahisəli situasiyalar zamanı polislə və qarşı tərəflə hansı şəkildə davranmalı və öz hüquqlarınızı necə qorumalı olduğunuzu öyrənəcəksiniz.

Görüşdə iştirak etmək və qeydiyyatdan keçmək üçün WhatsApp qrupumuza qoşulmağı unutmayın. Görüş günü və saatı ilə bağlı tam dəqiq məlumatlar həmin qrupda paylaşılacaqdır.

Konsultasiya üçün cənab Andriy Dementiyə və görüşün təşkilatçılığı üçün Polşa Azərbaycanlıları Şurası idarə heyətinə təşəkkürlərimizi bildiririk.

WhatsApp qrupu qoşulma linki: https://chat.whatsapp.com/LakQ6d3e7InDGXzALCNSdj

Digər tədbir və görüşlərdən vaxtında xəbərdar olmaq üçün sosial şəbəkə hesablarından bizi izləməyi və dostlarınızla paylaşmağı unutmayın!

Facebook:

https://www.facebook.com/polishcouncilofazerbaijan

Instagram:

https://www.instagram.com/polandazerbaijanis…

Youtube:

https://www.youtube.com/@polandazerbaijanicouncil”
image-457007604_943109381177784_2433000474249452395_n