Şuranın İdarə Heyəti üzvü Şamo Qubadov tərəfindən Xocalı soyqırımına həsr olunmuş qısametrajlı film hazırlanıb

Polşa Azərbaycanlıları Şurasının İdarə Heyətinin üzvü Şamo Qubadov tərəfindən Xocalı soyqırımının 34-cü ildönümü münasibətilə süni intellekt texnologiyalarından istifadə edilərək qısametrajlı sənədli film hazırlanıb. Film Xocalı faciəsinin xatirəsinin yaşadılmasına və tarixi həqiqətlərin daha geniş auditoriyaya çatdırılmasına həsr olunub.

Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş qısametrajlı film təqdim edilib

26 fevral 2026-cı il tarixində Xocalı soyqırımının 34-cü ildönümü münasibətilə Polşa Azərbaycanlıları Şurası (Wspólnota Azerbejdżańska w Polsce) tərəfindən xüsusi qısametrajlı sənədli film ictimaiyyətə təqdim olunub.

Film Polşa Azərbaycanlıları Şurasının İdarə Heyətinin üzvü Şamo Qubadov tərəfindən hazırlanıb. Layihənin əsas fərqləndirici xüsusiyyəti filmin süni intellekt (AI) texnologiyalarından istifadə edilməklə ərsəyə gətirilməsidir.

Qısametrajlı sənədli filmin hazırlanmasında əsas məqsəd Azərbaycan xalqının yaddaşında dərin iz qoymuş Xocalı faciəsinin xatirəsini yaşatmaq, tarixi hadisələrə diqqət çəkmək və xüsusilə gənc nəsil arasında tarixi yaddaşın qorunmasına töhfə verməkdir.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda yüzlərlə mülki şəxs qətlə yetirilmiş, çoxsaylı insan yaralanmış və əsir götürülmüşdür. Bu faciə Azərbaycan tarixinin ən ağır və ağrılı səhifələrindən biri kimi yadda qalıb.

Polşa Azərbaycanlıları Şurası olaraq tarixi həqiqətlərimizin beynəlxalq ictimaiyyətə çatdırılması, milli yaddaşımızın qorunması və Azərbaycan mədəniyyətinin müasir texnologiyalar vasitəsilə tanıdılması istiqamətində fəaliyyətimizi davam etdiririk.

Biz Xocalını heç vaxt unutmadıq və heç vaxt unutmayacağıq!

Filmi izləmək üçün: Instagram paylaşımı