25 dekabrda Qazaxıstanın Aktau şəhəri yaxınlığında baş vermiş “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin qəzaya düşməsi nəticəsində vəfat edənlərin ruhu Polşada da anılıb. “Polşada Azərbaycan diasporu olaraq, vəfat edənlərin ruhunu yad etmək üçün səfirliyimizin önünə toplaşdıq. Qəzada həyatını itirənlərin ruhunu ehtiramla anır, sağ qalanlara isə şəfa diləyirik. Allah rəhmət eləsin”,- deyə PAŞ-ın məlumatında bildirilib.


