Varşava Azərbaycan Evində “Uşağımdakı Özüm” adlı seminar keçirilib

Varşava Azərbaycan evində Polşa Azərbaycanlıları Şurasının təşkilatçılığı ilə uşaq və valideyn psixologiyasının qarşılıqlı əlaqəsi mövzusunda “Uşağımdakı Özüm” adlı ödənişsiz seminar baş tutub. Tədbirdə Polşada yaşayan azərbaycanlılar həm əyani, həm də onlayn qaydada iştirak ediblər.

Psixoloq Firuzə Əliyeva uşaq psixologiyasında valideynlərin rolu, onların psixologiyalarının qarşılıqlı əlaqəsi və mövzu ilə bağlı digər məsələlər haqqında tədbir iştirakçılarını məlumatlandırıb.

Psixologiya üzrə bakalavr və magistr təhsili almış Firuzə Əliyevə hazırda Harvard Universitetinin Harvard Tibb Məktəbində (“Harvard Medical School”) təhsilini davam etdirir. Müxtəlif klinika və kurslarda iş təcrübəsinə malik Firuzə Əliyeva Azərbaycan Gənclər Fondunun qrant layihəsi üzrə də qalib olub.

Qeyd edək ki, Varşava Azərbaycan Evində Polşada yaşayan azərbaycanlıların bir araya toplanması, şəxsi inkişafları, müxtəlif mövzularda məlumatlanması və digər məsələlərlə bağlı silsilə layihə və tədbirlər həyata keçirilir. Uğurlu nəticələr verən karyera təlimlərini buna misal göstərmək olar.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *