Varşavada keçirilən “Kontrast 2024” beynəlxalq yarışda soydaşımız qalib olub

1-3 iyun 2024-cü il tarixləri arasında Varşava şəhərində “Kontrast 2024” adlı rəqəmsal heykəltəraşlıq, digital rəsm və oyunlar üzrə beynəlxalq yarış keçirilmişdir. Bu haqda Polşa Azərbaycanlıları Şurasının sədri Fərid Cəfərli Məlumat verib.

Bu yarışda Avropanın hər tərəfindən gələn iştirakçılar ilə bərabər, həmçinin soydaşımız, Azərbaycan Evinin dostu Leyla Xəlil də iştirak etmişdir.

Leyla xanım “Master sculpture/sculpt” – usta heykəltəraşlıq kateqoriyası üzrə həm 1-ci yerə çıxmış, həm də növbəti mövsümdə tədbirin münsifi olmaq hüququnu da əldə etmişdir. Soydaşımızın uğuruna sevinir, PAŞ olaraq soydaşımızın yanında olduğumuz üçün qürurlanır və fəaliyyət sahəsindən asılı olmayaraq hər bir soydaşımızın gələcək işlərində də əlimizdən gələn hər şeyi etməyə hazırıq. Leyla xanımı bir daha təbrik edir və uğurlar arzulayırıq!
“,-deyə o əlavə edib.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *