Bu gün Varşava şəhərində Polşa Azərbaycanlıları Şurası və Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun (DABF) birgə təşkilatçılığı ilə velosiped həvəskarları üçün velotur təşkil olunub.
Polşada yaşayan azərbaycanlıların asudə vaxtının səmərəli keçirilməsi, azərbaycanlılar arasında şəbəkələşmənin inkişafı, gənclərimiz arasında sağlam həyat tərzinin təbliği məqsədilə həyata keçirilən velotur iştirakçılarına PolCare platformasının həmtəsisçiləri Yusif Əfəndizadə və Yusif Məmmədov tərəfindən təhlükəsizlik qaydaları barədə geniş məlumat verilib.
Tur iştirakçılarının təhlükəsizliyi 2 avtomobilin müşayiəti ilə təmin edilib.
Azərbaycan bayrağı ilə bəzədilən veloyürüş Pole Mokotowskie metrosundan Zegrze gölünə qədər 40 km məsafəlik yolda 3 dəfə fasilə edilməklə 4 saat ərzində qət edilib.
Son məntəqəyə çatan tur iştirakçılarına açıq hava, göl kənarında piknik təşkil olunub.