Polşanın Qdansk şəhərində Xocalı faciəsinin 30-cu ildönümü ilə əlaqədar aksiya təşkil olunub

Polşanın Qdansk şəhərində Xocalı faciəsinin 30-cu ildönümü ilə əlaqədar məlumatlandırma aksiyası keçirilib.

Aksiya zamanı çıxış edən Polşa Azərbaycanlıları Şurasının rəhbəri Fərid Cəfərli xalqımıza qarşı ədalətsizliyə susmayacağımızı bildirib. Deyib ki, Xocalı faciəsinə qarşı susmaq ədalətə, haqqa, beynəlxalq hüquqa susmaqdır.

Aksiya zamanı Polşa ictimaiyyətinin Xocalı faciəsi ilə bağlı geniş məlumatlandırıldığını bildirən F.Cəfərli qeyd edib ki, tədbirdə şəhər sakinlərinə paylanılan bukletlərdə innovativ yeniliklər tətbiq olunub. Belə ki, bukletlərin üzərində QR kod qoyulub və şəhər sakinləri həmin kodları oxudaraq internet üzərindən faciə ilə bağlı dolğun məlumatlar əldə ediblər.

Qeyd edək ki, Polşa Azərbaycanlıları Şurası və Qdanskın azərbaycanlı icması tərəfindən keçirilən aksiya çərçivəsində balaca rəssamların Xocalı soyqırımı haqqında çəkdikləri şəkillərdən ibarət sərgisi də təşkil olunub.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *