Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Varşavada Azərbaycan icmasının nümayəndələri ilə görüşüb
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri cənab Fuad Muradovun Polşa Respublikasına səfəri çərçivəsində Varşavada yerləşən Azərbaycan Evində Polşada yaşayan soydaşlarımızla görüş və Polşa Azərbaycanlıları Koordinasiya Şurasının toplantısı keçirilib. Görüşdə Azərbaycan Respublikasının Polşa Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Fuad İsgəndərov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri cənab Fuad Muradov, Varşava Azərbaycan Evinin rəhbəri Fərid Cəfərli, […]
