September 2022

Varşava Azərbaycan Evində şəhidlərimiz anılıb

Varşava Azərbaycan Evində Şəhidlərimizin anım mərasimi keçirilib. Bu haqda Polşa Azərbaycanlıları Şurasının sədri Fərid Cəfərli saytımıza məlumat verib. Polşa Azərbaycanlıları Şurası tərəfindən keçirilən mərasimdə 40-dan çox soydaşımız iştirak edib. Şəhidlərimizin ruhuna yasin surəsi oxunmuş, ehsan süfrəsi təşkil olunub. “Allah Şəhidlərimizə rəhmət eləsin.Torpaq – uğrunda ölən varsa, VƏTƏNDİR!”,-deyə Fərid Cəfərli bildirib.

Varşava Azərbaycan Evində şəhidlərimiz anılıb Read More »

Polşada yaşayan diaspor üzvləri karate yığmasını qarşılayıb

Polşada yaşayan diaspor üzvləri bu ölkədə səfərdə olan Azərbaycan Kyokuşin Karate Federasiyasının nümayəndə heyəti ilə görüşüb. Bu haqda saytımıza Polşa Azərbaycanlıları Şurasının sədri Fərid Cəfərli məlumat verib. “Bu gün idmançılarımızla görüşümüz baş tutdu. Nümayəndə heyətini hava limanında qarşıladıq, kiçik Varşava turundan sonra söhbət etməyə də vaxtımız oldu. İdmançılarımızın ruh yüksəkliyi və fiziki hazırlığı tam qaydasındadır.

Polşada yaşayan diaspor üzvləri karate yığmasını qarşılayıb Read More »

Varşavada rəssam İbrahim Safiyə həsr olunmuş kitab və filmin təqdimat mərasimi keçirilib

07.09.2022-ci il tarixdə Polşanın Varşava şəhərində Jalə Cəfərovanın müəllifi olduğu və Azərbaycan və Türkiyənin ortaq dəyəri olan rəssam İbrahim Safiyə həsr olunmuş “Rəngləri danışdıran adam” adlı kitabın və eyni adlı filmin təqdimat mərasimi keçirilib. İbrahim Safi Atatürkü ilk dəfə naturadan çəkən şəxsdir.Polşa Azərbaycanlıları Şurasının sədri Fərid Cəfərli tədbirin təşkilatçısı, Şövqi Vaqifoğlu və qeyd olunan kitab

Varşavada rəssam İbrahim Safiyə həsr olunmuş kitab və filmin təqdimat mərasimi keçirilib Read More »