Polşa Azərbaycanlıları Şurası (PAŞ) Polşada ali təhsil alan azərbaycanlı tələbə xanımlar üçün akademik Zərifə Əliyeva adına təqaüd proqramı elan edib.
Akademik Zərifə Əliyeva adına təqaüd proqramı Polşa Azərbaycanlıları Şurasının həyata keçirdiyi artıq ikinci təqaüd proqramıdır. Şuranın təşəbbüsü ilə ilk təqaüd proqramı Azərbaycanın Milli Qəhrəmanı Hökumə Əliyevanın adına təsis olunmuşdu. Yeni təqaüd proqramının akademik Zərifə Əliyevanın adını daşıması da xüsusi məna kəsb edir. Bu seçim Azərbaycan elminə, maarifçiliyinə və ziyalılıq ənənəsinə mühüm töhfələr vermiş bir şəxsiyyətin […]
