Nuray Axundzadə Polşa Azərbaycanlıları Şurasında təcrübə proqramını uğurla başa vurub
Beynəlxalq Münasibətlər ixtisası üzrə təhsil alan tələbə soydaşımız Nuray Axundzadə Polşa Azərbaycanlıları Şurasında həyata keçirilən 6 aylıq təcrübə proqramını uğurla başa vurub.
Təcrübə müddətində Nuray xanım təşkilatın ümumi fəaliyyəti, beynəlxalq əlaqələr üzrə istiqamətlər və sosial-ictimai layihələrin hazırlanması və icrası ilə bağlı praktiki təcrübə qazanıb. O, bu müddət ərzində nəzəri biliklərini praktik fəaliyyətlə birləşdirmək, təşkilati proseslərlə yaxından tanış olmaq və müxtəlif layihələrin həyata keçirilməsində iştirak etmək imkanı əldə edib.
Bu cür təcrübə proqramları gənc soydaşlarımızın peşəkar inkişafına dəstək göstərilməsi, diaspor fəaliyyətinə daha yaxından cəlb olunması və gələcək fəaliyyətlərində onlara real iş təcrübəsi qazandırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Polşa Azərbaycanlıları Şurası olaraq gənclərin inkişafına yönəlmiş təşəbbüsləri dəstəkləyir, onların ictimai və peşəkar fəaliyyətə daha fəal qoşulmasını vacib hesab edirik.
Nuray xanımı bir daha təbrik edir, gələcək fəaliyyətində uğurlar arzulayırıq!
Polşa Azərbaycanlıları Şurasında təcrübə proqramında iştirak etmək istəyən tələbə soydaşlarımız CV və qısa motivasiya məktubu ilə birlikdə müraciətlərini təşkilatın rəsmi e-mail ünvanına göndərə bilərlər.
Ətraflı paylaşım: Instagram postu




















