Author name: azwspolnota.org

Yeni Azərbaycan evində Ramazan bayramı qeyd edilib

Varşava Azərbaycan Evində Polşada yaşayan soydaşımız Nurəddin Əliyev və ailəsinin təşəbbüsü ilə Ramazan bayramı münasibətilə iftar süfrəsi təşkil edilmişdir. Tədbirdə Varşava şəhərində yaşayan 60-a yaxın soydaşımız iştirak etmişdir.Polşa Azərbaycanlıları Şurasının sədri Fərid Cəfərli bütün iştirakçılar adından Nurəddin Əliyevə və ailəsinə təşəbbüslərinə və çəkdikləri zəhmətə görə təşəkkür edib: “Allah tutulan orucları, niyyətləri, edilən duaları qəbul etsin. […]

Yeni Azərbaycan evində Ramazan bayramı qeyd edilib Read More »

Avstriyada Xocalı soyqırımına həsr olunan aksiya keçirilib

Polşanın Azərbaycan icması 26 fevral tarixində Avstriyanın paytaxtı Vyana şəhərində Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar təşkil olunmuş aksiyada iştirak edib. Polşada yaşayan 150 nəfər soydaşımızın aksiyada iştirak etməsi üçün Polşa Azərbaycanlıları Şurası tərəfindən qeydiyyat aparılmış, iştirakçıların nəqliyyat, gecələmə və qidalanma xərcləri qarşılanmışdır.Polşadakı azərbaycanlıların daha sıx yerləşdiyi şəhərləri nəzərə alaraq, təyinat nöqtəsi olaraq Varşava və

Avstriyada Xocalı soyqırımına həsr olunan aksiya keçirilib Read More »

Azərbaycan evi yeni ünvanda

Dekabr ayından Varşava Azərbaycan Evi artıq yeni ünvanda ( Jaworszynska 5/1, 00-634 Warszawa) fəaliyyətinə davam edir. Bu gün evin son kosmetik işləri də yekunlaşıb.  Varşava Azərbaycan Evinin rəhbəri Fərid Cəfərli bu işlərdə soydaşlarımıza kömək edən Cahid Fərəcov və Ceyhun müəllimə öz minnətdarlığını bildirib.  Qeyd edək ki, Ceyhun müəllim Vətən Müharibəsi iştirakçısıdır. Müharibənin ilk günündən son günədək

Azərbaycan evi yeni ünvanda Read More »

Polşada yaşayan azərbaycanlı tələbələr üçün növbəti ödənişsiz seminar təşkil edilib

Polşa Azərbaycanlıları Şurası və ASAP-ın( Azerbaijan Student Alumni Platform) dəstəyi ilə Interstudy-Student Services tərəfindən Polşada yaşayan azərbaycanlı tələbələrin maliyyə və mühasibatlıq sahələrində iş tapmaq və karyera qurmaları üçün növbəti ödənişsiz seminar təşkil edildi.Artıq 2-ci görüş olmağına baxmayaraq, bu gün 60-dan çox soydaşımız layihə ilə yaxından maraqlanmış, seminara qatılmışdır. Qeyd edək ki, layihə Varşava Azərbaycan Evində

Polşada yaşayan azərbaycanlı tələbələr üçün növbəti ödənişsiz seminar təşkil edilib Read More »

Varşavada “Azərbaycan-Polşa nağılları” adlı kitabın təqdimatı olub

Polşa-Azərbaycan dostluq münasibətlərinin inkişafına töhfə olaraq “Azərbaycan-Polşa nağılları” adlı kitab nəşr edilib. Kitab Polşa-Azərbaycan dostluq əlaqələrinin 550 illiyi, diplomatik münasibətlərin 30 illiyinə həsr olunan “Polşa ilə Azərbaycan arasında mədəni körpü” layihəsi çərçivəsində çap edilib. Polşa Azərbaycanlıları Şurasının təşəbbüsü və dəstəyi ilə həyata keçirilən layihənin Azərbaycanda tərəfdaşı “Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi” İctimai Birliyidir. Kitabda Azərbaycan-Polşa diplomatik

Varşavada “Azərbaycan-Polşa nağılları” adlı kitabın təqdimatı olub Read More »

Polşadakı Azərbaycan icması DİDK sədri Fuad Muradovla görüşüb

04.11.2022-ci il tarixdə Polşanın Varşava şəhərində Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun Polşada fəaliyyət göstərən Azərbaycan icmalarının üzvləri ilə görüşü baş tutdu. Görüşdə iştirak edən qonaqlara Polşa Azərbaycanlıları Şurasının və Varşava Azərbaycan Evinin fəaliyyətinə, 2020-ci ilin iyul ayından cari ilin noyabr ayına qədər görülən işlərə dair məlumat verilib.Görüşdə ümumilikdə 300-ə yaxın

Polşadakı Azərbaycan icması DİDK sədri Fuad Muradovla görüşüb Read More »

Varşava Azərbaycan Evində yeni layihənin icrasına start verilib

Polşada fəaliyyət göstərən Varşava Azərbaycan Evində “Knowledge Exchange” adlı layihə çərçivəsində ilk görüş keçirilib. Bu layihə Polşa Azərbaycanlıları Şurasının və Azərbaycan Tələbə Birliyi Platformasının (ASAP) birgə dəstəyi ilə həyata keçirilir.  Polşa Azərbaycanlıları Şurasının sədri, Varşava Azərbaycan Evinin rəhbəri Fərid Cəfərli bildirib ki, görüş zamanı iştirakçıların fikirləri və problemləri dinlənilib. 7 nəfər işsiz soydaşımız qeydiyyata alınıb

Varşava Azərbaycan Evində yeni layihənin icrasına start verilib Read More »

Azərbaycan evində ASAP ilə seminar keçirilib

Polşa Azərbaycanlıları Şurası və ASAP-ın( Azerbaijan Student Alumni Platform) dəstəyi ilə Interstudy-Student Services tərəfindən Polşada yaşayan Azərbaycanlı tələbələrin maliyyə və mühasibatlıq sahələrində iş tapmaq və karyera qurmaları üçün ödənişsiz seminar təşkil edildi. Polşada iş imkanları, CV, Interview mərhələsi və s. haqqında geniş fikir mübadiləsi aparıldı və suallara cavablar axtarıldı.PAŞ sədri Fərid Cəfərli seminarın təşkil olunmasında

Azərbaycan evində ASAP ilə seminar keçirilib Read More »

Varşava Azərbaycan Evində şəhidlərimiz anılıb

Varşava Azərbaycan Evində Şəhidlərimizin anım mərasimi keçirilib. Bu haqda Polşa Azərbaycanlıları Şurasının sədri Fərid Cəfərli saytımıza məlumat verib. Polşa Azərbaycanlıları Şurası tərəfindən keçirilən mərasimdə 40-dan çox soydaşımız iştirak edib. Şəhidlərimizin ruhuna yasin surəsi oxunmuş, ehsan süfrəsi təşkil olunub. “Allah Şəhidlərimizə rəhmət eləsin.Torpaq – uğrunda ölən varsa, VƏTƏNDİR!”,-deyə Fərid Cəfərli bildirib.

Varşava Azərbaycan Evində şəhidlərimiz anılıb Read More »

Polşada yaşayan diaspor üzvləri karate yığmasını qarşılayıb

Polşada yaşayan diaspor üzvləri bu ölkədə səfərdə olan Azərbaycan Kyokuşin Karate Federasiyasının nümayəndə heyəti ilə görüşüb. Bu haqda saytımıza Polşa Azərbaycanlıları Şurasının sədri Fərid Cəfərli məlumat verib. “Bu gün idmançılarımızla görüşümüz baş tutdu. Nümayəndə heyətini hava limanında qarşıladıq, kiçik Varşava turundan sonra söhbət etməyə də vaxtımız oldu. İdmançılarımızın ruh yüksəkliyi və fiziki hazırlığı tam qaydasındadır.

Polşada yaşayan diaspor üzvləri karate yığmasını qarşılayıb Read More »