
Varşava Azərbaycan Evində Polşada yaşayan soydaşımız Nurəddin Əliyev və ailəsinin təşəbbüsü ilə Ramazan bayramı münasibətilə iftar süfrəsi təşkil edilmişdir. Tədbirdə Varşava şəhərində yaşayan 60-a yaxın soydaşımız iştirak etmişdir.
Polşa Azərbaycanlıları Şurasının sədri Fərid Cəfərli bütün iştirakçılar adından Nurəddin Əliyevə və ailəsinə təşəbbüslərinə və çəkdikləri zəhmətə görə təşəkkür edib: “Allah tutulan orucları, niyyətləri, edilən duaları qəbul etsin. Ramazan bayramınız mübarək olsun”.




