Hər birinizə məlumdur ki, COVID-19 pandemiyasına görə demək olar ki, dünyanın əksər ölkələrində iş yerləri bağlanıb, karantin rejimi tətbiq olunub. Polşada yaşayan soydaşlarımızın böyük əksəriyyətinin hal- hazırda iş yerləri bağlandığı üçün müəyyən çətinliklərlə qarşılaşıblar. Buna görə Polşa Azərbaycanlıları Şurası soydaşlarımza ərazaq yardımı paylayıb. Bununla bağlı PAŞ sədri Fərid Cəfrli soydaşlarımıza müraciət edib: “Hal hazırda Azərbaycan Evində qalacaq yer barədə kömək edə bilməsək də (qalacaq yeri olmayan soydaşlarımızı yerləşdirdiyimiz üçün) qida məsələsində kömək edə bilirik. Kimin ehtiyacı varsa, Azərbaycan Evinə yaxınlaşaraq öz qida tələbatını ödəyə bilər. Bütün bunlar sizin üçündür. Ona görə də utanmaq, çəkinmək lazım deyil. Aşağıda qeyd olunan linkdə Azərbaycan Evinin xəritə üzrə ünvanı ilə tanış ola bilərsiniz. Həmin ünvana yaxınlaşaraq qapının üzərindəki 5 nömrəli düyməni sıxdıqda qapını sizin üçün açacaqlar.
Bu ərzaqların alınmasında və digər məsələlərdə bizə göstərdiyi dəstəyə görə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinə öz təşəkkürümü bildirirəm.
Və mənim səsimə səs verən Polşada yaşayan iş adamlarına – Ülvi müəllimə, Məhəbbət müəllimə, Cahangir müəllimə, Xəlil müəllimə və Şəkili Sahib müəllimə öz dərin minnətdarlığımı bildirirəm. Bu gərgin günlərdə həmyerlilərimizi tək qoymadığınız üçün çox sağ olun.
Digər təşəkkürüm isə bizim görünməz qəhrəmanlarımızadır. Onlar Polşanın müxtəlif şəhərlərində yaşayırlar və çətinliklər başlayan gündən bizim həmin şəhərlərdə olan soydaşlarımızla əlaqə qurmağımızda əsas rolu oynayırlar və köməyə ehtiyacı olan soydaşlarımıza öz kömək əllərini uzadırlar. Saleh bəy, Sənan bəy, Hikmət bəy, Möhbalı bəy, Əli bəy hər biriniz çox sağ olun.
Özü bizimlə olmasa da qəlbi bizimlə olan Lalə xanıma isə Azərbaycan Evinin qapılarının soydaşlarımızın üzünə açılmasında göstərdiyi köməyə görə təşəkkürümü bildirirəm”.




