Azərbaycan-Polşa diplomatik əlaqələrinin 540 illik tarixi var. 1472-ci ildə Azərbaycanın Ağqoyunlu və Polşanın Reç Rospolita dövlətləri arasında diplomatik əlaqələr yaradılıb. Azərbaycan Ağqoyunlu hökmdarı Uzun Həsən Polşaya diplomatik missiya göndərib və azərbaycanlı nümayəndələr Polşa kralı IV Kazimir Yaqellonçiklə diplomatik danışıqlar aparıblar. Bu əlaqələrin qurulmasının 540 illiyi də məhz həmin tarixə istinadən hesablanır.
Roma papası II İohann Pavel müsəlman ölkəsinin lideri Heydər Əliyevin dəvəti ilə Cənubi Qafqaz respublikaları arasında yalnız Azərbaycana səfər edib. Bu tədbirdə Azərbaycan haqqında geniş məruzə də təqdim olundu.
Həqiqətən də iki ölkə arasında dostluq münasibətlərinin 540 illik tarixinin olması köhnə dostluğun üfüqlərinə yeni töhfələr bəxş etdi. Sovet hökuməti nə qədər basqı və təzyiq göstərsə də, hər iki ölkə uzun müddət bu rejimin ağrı-acısı ilə üzləşsə də, həqiqət unudulmadı, tarixi əlaqələr haqqındakı sənədlər arxivlərdə qiymətli məxəz kimi qorunub saxlandı.



