Bu gün Polşadakı soydaşlarımız birlik nümayiş etdirərək ermənilərin əvvəlcədən planlaşdırdığı təxribatın qarşısını aldı.
Xatırladaq ki, dünən gecə saatlarında düşmənin 16 iyul saat 14:00-da Polşadakı səfirliyimiz qarşısında aksiya keçirəcəyi xəbəri yayılmışdı. Bunun qarşısını almaq üçün tez bir vaxtda Polşada yaşayan soydaşlarımızı birlik olub səfirliyimizin qarşısında toplaşmışıdır. Polşa Azərbaycanlıları Şurasının sədri Fərdi Cəfərli bildirib ki, düşmən səfirliyimizin qarşısına gəldikdə heç gözləmədiyi bir mənzərə ilə qarşılaşdı: “Bayraqlara bürünmüş, üzərində Qarabağ həqiqətləri yazılmış lövhələri qaldırmış məğrur xalqın nümayəndələri onları gözləyirdi. Planlarını alt-üst edib erməniləri yerlərinə oturmağa məcbur etdik. Çünki onlar düşünərkən, biz hərəkət edirik.
Biz bunu birlikdə bacardıq. Bu mübarizədə yanımızda olan hər kəsə təşəkkür edirəm. Biz bir olduqdan sonra qarşımızda heç bir düşmən dayana bilməz. Yaşasın məğrur xalqım!
Ermənilərə isə bir sözüm var: Qarabağda görüşərik”.


