Polşaya gəlmək istəyən həmyerlilərimiz maarifləndirilib

Polşa Azərbaycanlıları Şurasının sədri Fərid Cəfərli son Bakı səfərində Polşaya gəlmək istəyən həmyerlilərimizlə görüşərək onlari maraqlandıran sualları cavablandırıb. Görüşdə PAŞ sədri Polşaya gəldikləri zaman gəncləri hansı çətinliklər gözlədiklərini, hansi proseslərdən məcburən keçməli olduqları haqqında məlumat verib. PAŞ sədri bildirib ki, görüşün məqsədi maarifləndirmə xarakterli idi: “Polşa Azərbaycanlılarn sədri olaraq bu səpkidə görüşlərin keçirilməsini üzərimə düşən yük kimi hesab edirəm. Çalişacağam ki hər vətənə getdiyim zaman bu cür görüşləri təşkil edim. Məqsədimiz vətənə və xalqımıza xidmət etməkdirsə bunun üçün heç bir zaman və məkan tərkibli sərhəd olmamalıdır. Tutduğumuz movqeydən asılı olmayaraq milli birlik nümayiş etməliyik”.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *