Polşada 8 Noyabr – Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil olunmuşdur

06 noyabr 2021-il tarixdə Polşa Respublikasının Varşava şəhərində Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Polşa Azərbaycanlıları Şurasının təşkilatçılığı ilə “8 noyabr – Zəfər Günü”nə həsr olunmuş konsert proqramı təşkil olunmuşdur.
Konsert proqramında qonaq qismində Polşa ictimaiyyəti, Polşada yerləşən diplomatik korpus və diaspor nümayəndələri, Polşada yaşayan soydaşlarımız iştirak etmişlər.
Tədbirin giriş hissəsində qonaqlara Polşa Azərbaycanlıları Şurasının sədri Fərid Cəfərli tərəfindən 44 günlük Vətən müharibəsi zamanı baş verənlər, ermənilərin törətdiyi müharibə cinayətləri, Azərbaycanın haqq mübarizəsi və şanlı qələbəsi barədə məlumat verilmişdir. Azərbaycan Respublikasının Polşa Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Nərgiz Xanım Qurbanova isə müharibədən sonrakı dövrdə baş verənlər, üçtərəfli saziş, sülh danışıqları barədə çıxış etmişdir. Konsert proqramı Fərhad Qarayusiflinin rəhbərlik etdiyi orkestrin ifa etdiyi əsərlərlə davam etmişdir.
Tədbirin ikinci hissəsində isə Xüsusi Təyinatlı Qüvvələrin polkovnik leytenantı Şəhid Ramiz Cəfərovun Polşada təhsil alan qızı Nigar Cəfərova çıxış etmiş və orkestrin ifasında Vətən Müharibəsi qazisi Vüqar Məmmədzadənin müəllifi olduğu əsərlə yanaşı dünya klassiklərinin əsərləri ifa edilmişdir.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *