
Polşa Azərbaycanlıları Şurası tərəfindən oktyabrın 26-da saat 10:00-da Vaşavadakı Kino Kulturanın qarşısında yalan və iftiralarla dolu erməni təxribatının məhsulu olan filmin nümayişinə qarşı aksiya keçirildi. Adı keçən kinoteatrda yayımlanan “Kraj wojnyni Marzen” filmi separatçı ermənilər tərəfdən ərsəyə gətirilmiş əzəli Azerbaycan torpağı olan Qarabağ haqqında həqiqətə uyğun olmayan məlumatlardan ibarətdir.

