Varşavadakı azərbaycanlıları Novruz bayramını qeyd ediblər

Polşa Azərbaycanlıları Şurasının təşkilatçılığı ilə Varşavadakı azərbaycanlıları Novruz bayramını qeyd ediblər. Gənclər ənənəvi günlərdə bir çətir altında toplanaraq harada olmalarından asılı olmayaraq birliklərini nümayiş etdiriblər. Polşa Azərbaycanlıları Şurasının sədri Fərid Cəfərli hesab edir ki, bu cür tədbirlərin keçirilməsi bayramı qeyd edib, xoş vaxt keçirməklə yanaşı, azərbaycanlılar arasında şəbəkələşmənin qurulmasına gətirib çıxaracaq: “Bütün bizə qoşulan həmvətənlərimizə dərin təşəkkürümü bildirirəm. Builki bayram abu havası bir başqa idi. Novruz Bayramının Şuşada keçirilməsi xaricdə yaşayan azərbaycanlılar üçün ikiqat bayramdır. Bu hisləri bizlərə yaşadan şəhidlərimizə, qazilərimizə, müharibə iştirakçılarına ömrümüzün sonunadək borcluyuq. Bir daha hər birinizin Novruz Bayramını təbrik edirəm”.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *