Bu gün Polşa Azərbaycanlıları Şurasının sədri Fərid Cəfərli Azərbaycan Respublikasının Polşa Respublikasındakı Səfirliyi tərəfindən Polyak, Azərbaycanın Milli Ordusunun Generalı Maçey Sulkeviç və Azərbaycanlı, Polşa Ordusunun Zabiti, Polşa Milli Ordusunun Polkovniki Vəli Bəy Yadigar adına təsis edilmiş “Azərbaycan – Polşa əlaqələrinin möhkəmləndirilməsində xidmətlərinə görə” medalı ilə təltif edilib.
Fərid Cəfərli Azərbaycan Respublikasının Polşa Respublikasındakı Səfirliyinə, şəxsən Cənab Səfir Həsən Həsənova bu təltifə görə təşəkkür edib: “Əlbəttə ki, biz gördüyümüz işləri heç bir təmənna güdmədən, böyük həvəslə edirik. Lakin, bu cür təltif olunmağımız bizim gördüyümüz işlərə olan məsuliyyətimizi daha da artırır, işimizin ciddiyətini göz önünə sərir və ən əsası bizə motivasiya verir. Bir diplomat kimi nəinki Avropada, bütün dünyada Azərbaycanın milli maraqlarını qorunduğuna, ölkəmizi diplomatiya meydanında layiqincə təmsil etdiyinə və gənclərə göstərdiyi qayğıya görə Həsən müəllimə həm öz adımdan, həm də Polşa Azərbaycanlıları Şurası adından təşəkkür edirəm”.



