Qarabağ Futbol Klubunun üzvləri Polşadakı səfirliyimizdə qonaq olublar

Oktyabrın 1-də Qarabağ Futbol Klubu ilə Legia Varşava Futbol Klubu arasında oyun olacaq. Bu səbəbdən klub Varşavada qonaqdır.
Polşa Azərbaycanlıları Şurasının sədri Fərid Cəfərli Qarabağ Futbol Klubuna uğurlar arzulayıb: “Bu adı daşımaq özü bir məsuliyyətdir. Belə bir vaxtda isə bu məsuliyyət daha da artır.
Azərbaycan Respublikasının Polşa Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri cənab Həsən Həsənova bu görüşü təşkil etdiyinə görə öz minnətdarlığımı bildirirəm. Həsən müəllim sözün əsl mənasında canlı tarixdir.
Cəbhədə ordumuz, meydanda isə komandamızın bizi sevindirməyi diləyi ilə”.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *