Aprelin 21-də Polşa Azərbaycanlıları Şurasının sədri Fərid Cəfərlinin Polşa Cüdo Assosiasiyasının prezidenti Jacek Zawadka və Polşa Cüdo yığmasının yeni baş məşqçisi seçilmiş həmyerlimiz Rəşad Həsənovla görüşü olub. Azərbaycan Respublikasının Polşa Respublikasındakı Səfirliyində keçirilən görüşdə PAŞ sədiri Fərid Cəfərli Rəşad Həsənova yeni işində uğurlar arzu edib.

