Polşada Nizami Gəncəvinin 880 illiyi qeyd edildi

Azərbaycan Respublikasının Polşa Respublikasındakı Səfirliyinin təşkilatçılığı və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Varşava şəhərində Nizami Gəncəvinin anadan olmasının 880-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Polşa Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Nərgiz xanım Qurbanova, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun rəhbəri Günay Əfəndiyeva və Polşa Elmlər Akademiyasının rəhbəri Jejı Duşınskı çıxış etmişlər. Qeyd edək ki, tədbirdə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Respublikasının Polşa Respublikasındakı Səfirliyinin birgə əməkdaşlığı çərçivəsində Nizami Gəncəvinin polyak dilində “Kağıza incitək sözlər düzən Şahlar Şahıyam” kitabının və poçt markalarının təqdimatı olmuşdur.
Kitabın təqdimatını Polşa Yazıçılar Birliyinin sədri Anna Naşilovska, poçt markalarının təqdimatını isə “Poczta Polska” Səhmdar Cəmiyyətinin Beynəlxalq Əməkdaşlıq və Ticarət Şöbəsinin rəhbəri Kşıştof Gurski etmişdir.
Tədbir musiqili hissə ilə davam etmiş, sonda isə qonaqlar kitabda yer alan rəsm əsərlərindən ibarət sərgiyə dəvət edilmişdir. Sərginin sonunda qonaqlara ziyafət verilmişdir.

Xatırladaq ki, tədbirdə Poşa Azərbaycanlıları Şurasının rəhbərliyi də iştirak edib.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *