Biz kimik?

Please enable JavaScript in your browser to complete this form.
Adınız
Elektron Ünvanınız
Əgər yaşadığnız şəhər siyahıda yoxdursa "Digər" seçə bilərsiniz
Polşa Respublikasında olma səbəbiniz
Sizə necə köməklik göstərə bilərik?

“Azwspolnota.org” saytı Polşa Azərbaycanlıları Şurasının (PAŞ) rəsmi internet səhifəsi olaraq fəaliyyət göstərir. Ümumi olaraq Polşadakı Azərbaycan diasporunun fəaliyyəti ilə bağlı ən özəl xəbərləri bu saytdan oxuya bilərsiniz. Hər gün yeni xəbərlərlə zənginləşən sayt, eyni zamanda, Polşadakı soydaşlarımızın tribunası rolunu oynayır.
Saytda dərc olunan yazılarda dünya təcrübəsinə əsasən jurnalistikanın dəqiqlik, obyektivlik və qərəzsizlik prinsiplərinə tam riayət olunur.

Fərid Cəfərli

Polşa Azərbaycanlıları Şurasının Sədri

Polşa Azərbaycanlıları Şurası (PAŞ) 2017-ci ildən fəaliyyət göstərir. Bu günə kimi Polşa Azərbaycanlıları Şurası tərəfindən Polşa və digər ölkələrdə Azərbaycanın müsbət imicinin formalaşması istiqamətində saysız tədbir və layihələr həyata keçirilib. Eyni zamanda, təşkilat Polşa-Azərbaycan əlaqələrinin güclənməsinə də öz töhfəsini verir. Bu baxımdan Polşanın rəsmi qurumları, həmçinin qeyri-hökumət təşkilatları ilə mütəmadi olaraq əməkdaşlıq edilir.
Biz Polşa Azərbaycanlıları Şurası olaraq hər zaman əzmlə çalışmışıq. Bu gündən sonra da var gücümüzlə çalışacağıq. Əminəm ki, bundan sonra da bizim komanda böyük uğurlara imza atacaq. Çünki bizim təşkilat fərd üzərində yox, struktur üzərində qurulmuşdur. Rəhbərlikdə kimin olmasından asılı olmayaraq ideyamız, məqsədimiz eynidir: güclü Azərbaycan naminə! İstək və arzumuz Azərbaycanın daima işıqlı sabahını görməkdir.
Biz Azərbaycanımızın müstəqilliyindən güc alıb, ölkə xaricində ölkəmizin maraqlarını var gücümüzlə müdafiə edirik. Bu ideoloji yolda, diaspor fəaliyyətində göstərdiyimiz əzm, iradə bizdən sonrakı nəsillərə dərs olacaq. Necə ki, biz də bu gün bizdən öncəki nəsillərin Azərbaycanı yaşatmaq uğrunda atdıqları addımlardan örnək götürürük.

Polşada yaşayan həmvətənimiz Əli Nəcəfov tərəfindən Heydər Qurbanovun yardımi ilə 2022-ci ildə yaradılan və Polşada Azərbaycanlılar (Azerowie) kimi tanınan Fc Land of …

Polşa Azərbaycanlıları Şurası (PAŞ) Varşavanın nüfuzlu hüquqşünası Andriy Dementiy ilə əməkdaşlığa başlayır. Bu barədə məlumatı Polşa Azərbaycanlıları Şurasının sədri Fərid Cəfərli verib. …

“30 iyun 2024-cü il tarixində Varşava Azərbaycan evində tələbə soydaşlarımız tərəfindən “220 nömrəli otaq” adlı həvəskar teatr tamaşası nümayiş olunub”. Bu haqda …

Varşava Azərbaycan evində Polşa Azərbaycanlıları Şurasının təşkilatçılığı ilə uşaq və valideyn psixologiyasının qarşılıqlı əlaqəsi mövzusunda “Uşağımdakı Özüm” adlı ödənişsiz seminar baş tutub. …

26 İyun-Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Respublikasının Polşa Respublikasındakı səfirliyinin təşkilatçılığı ilə Varşava şəhərində Polşa Milli Ordusunun azərbaycanlı polkovniki Vəli Bəy Yadigar …

15 iyun 2024-cü il tarixində Polşanın Katoviç şəhərində Polşada yaşayan xaricilər arasında futbol üzrə “World Cup” həvəskar turniri keçirilmişdir. Bu haqda Polşa Azərbaycanlıları …

1-3 iyun 2024-cü il tarixləri arasında Varşava şəhərində “Kontrast 2024” adlı rəqəmsal heykəltəraşlıq, digital rəsm və oyunlar üzrə beynəlxalq yarış keçirilmişdir. Bu …

Xəbər verildiyi kimi, Polşa Azərbaycanlıları Şurası tərəfindən 26 may 2024-cü il tarixində 28 May-Respublika Gününə həsr edilmiş tədbir keçirilib. Bu hadqa PAŞ …