Polşa Azərbaycanlıları Şurasının rəhbəri və Varşava Azərbaycan Evinin rəhbəri Fərid Cəfərli forumda iştirak etmişdir. Tədbir çərçivəsində o, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov və Mədəniyyət naziri Adil Kərimli qarşısında Varşava “Azərbaycan Evi”nin fəaliyyəti və görülən işlər barədə illik hesabat təqdim etmişdir.
Forum bir daha göstərdi ki, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar harada yaşamaqlarından asılı olmayaraq, Vətənə olan sevgini və milli mədəniyyətimizi eyni qürur və məsuliyyətlə yaşadır və təbliğ edirlər.
Bu cür beynəlxalq platformalar diaspor nümayəndələrinin birliyini daha da möhkəmləndirir, mədəni körpülər 🇦🇿🤝🇵🇱 qurur və Azərbaycanın adının beynəlxalq müstəvidə layiqincə təmsil olunmasına töhfə verir.























