Polşada 18-ci Beynəlxalq Xeyriyyə Yarmarkasında Azərbaycan böyük qürurla təmsil olundu

18-ci Beynəlxalq Xeyriyyə Yarmarkasında ölkəmiz böyük qürurla təmsil olunmuşdur. Tədbir SHOM (Spouses Head of Mission) təşkilatçılığı və Polşa Respublikasının Birinci Xanımı hörmətli Marta Navrotskanın himayəsi altında keçirilmişdir. Yarmarka dostluq, həmrəylik və humanizm dəyərlərini özündə birləşdirən mühüm beynəlxalq platforma kimi xüsusi əhəmiyyət daşıyır.

Azərbaycan stendində nümayiş etdirilən əl işləri, milli məhsullar və ənənəvi təamlarımız qonaqlar tərəfindən böyük maraq və rəğbətlə qarşılanmışdır. Azərbaycan Respublikasının Polşadakı Səfiri hörmətli Nərgiz Qurbanova və səfirliyin əməkdaşlarının iştirakı ilə Vətənimizi layiqincə təqdim etmək bizim üçün böyük şərəf olmuşdur. Bununla yanaşı, Polşa Azərbaycanlıları Şurasının üzvlərinin komanda şəklində fəal və koordinasiyalı iştirakı stendimizin daha zəngin, dolğun və yüksək səviyyədə təqdim olunmasına mühüm töhfə vermişdir. 🇦🇿🤝🇵🇱