Varşavada Novruz şənliyi keçiriləcək

Polşa Azərbaycanlıları Şurası (PAŞ) tərəfindən Varşavada Novruz şənliyi keçiriləcək. Bu haqda PAŞ-ın Mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilib: “Novruzun sehrini Varşavada, Exclusive Novruz Event-də yaşamaq üçün təşkil etdiyimiz tədbirin bilet satışları artıq başlamışdır!

Ən gözəl bayramlardan biri olan Novruz Bayramını Azərbaycanın gənc və məşhur musiqiçiləri Ayaz Babayev və Nərgiz Məcidli-nin unudulmaz ifaları və milli atributlarımız ilə çox yüksək səviyyədə keçirmək imkanı əldə edəcəksiniz. Sizlər üçün böyük bir tonqal da hazırlayacağıq.

– Biletləri artıq 42events.pl saytından əldə edə bilərsiniz!

– ⁠1 nəfər üçün bilet qiyməti 250 PLN təşkil edir.

Biletə Azərbaycan mətbəxinin zəngin təamları, milli şirniyyatlarımız, içkilər və limitsiz çay-kofe və unudulmaz musiqi və əyləncə ilə dolu DJ performansı da daxildir!

Daha ətraflı məlumat 👉🏻42events.pl saytında yerləşdirilib.

Tələsin, yerlər məhduddur! Exclusive Novruz Event-də görüşənədək!”.