Polşada ilk dəfə 300 nəfərlik genişmiqyaslı Novruz Bayramı tədbiri ən yüksək səviyyədə qeyd olunub.

Polşa Azərbaycanlıları Şurasının təşkilatçılığı ilə Novruz Bayramı tədbirimiz uğurla başa çatmışdır. Qeyd etmək istərdik ki, Polşa tarixində ilk dəfə olaraq bu qədər genişmiqyaslı və əhatəli Novruz Bayramı proqramı həyata keçirilmişdir.

Bayram gecəsində milli mətbəximizin zəngin nümunələri, müxtəlif şirniyyatlar, rəqs qrupumuz tərəfindən təqdim olunan milli və Qafqaz rəqsləri, tonqal mərasimi, atəşfəşanlıq və DJ ilə təşkil olunan after party iştirakçılara unudulmaz anlar yaşatmışdır. Azərbaycandan xüsusi olaraq dəvət etdiyimiz tanınmış musiqiçilər Ayaz Babayev və Nərgiz Məcidlinin canlı ifaları isə gecəyə xüsusi rəng və coşğu qatmışdır.

Tədbirdə qonaq qismində Azərbaycan Respublikasının Polşadakı diplomatik korpusunun nümayəndələri, Xalq rəssamı Əşrəf Heybət, TürkPol Assosiasiyasının üzvləri, İran Azərbaycanlılarının Polşadakı diaspor nümayəndələri, Ukrayna diaspor nümayəndələri və polyak dostlarımız iştirak etmişdir.

Tədbirdə iştirak edən hər kəsə təşəkkür edir, hər birinizi Novruz Bayramı münasibətilə təbrik edirik!
Novruz Bayramınız mübarək! 🇦🇿🤝🇵🇱