Polşa Azərbaycanlıları Şurasının İdarə Heyətinin üzvü Şamo Qubadovun Xocalı soyqırımının 33-cü il dönümünə həsr edilmiş anım mərasimi ilə bağlı videoçıxışı yayımlanıb.
Çıxışda Şamo Qubadov bildirmişdir ki, Polşada artıq bir neçə ildir ki, davamlı olaraq Xocalı Soyqırımına həsr edilmiş tədbirlər keçirilir. “Son illərdə keçirilən tədbirlər isə mühüm əhəmiyyət kəsb etmişdir. Bu ardıcıl fəaliyyətin nəticəsi olaraq 2025-ci il 26 fevral tarixində Polşanın paytaxtı Varşava şəhərində Xocalı Soyqırımı qurbanlarının xatirəsinə həsr edilmiş anım löhvəsi qoyulmuşdur.
Xocalı şəhidlərimizin ruhunu ehtiramla anır, Xocalıya ədalət diləyirik!”.
Çıxışı aşağıdakı linklərdən dinləyə bilərisz: