TBMM Dostluq Qrupu heyətinin Polşaya səfəri çərçivəsində Varşavada biznes nümayəndələri ilə görüş keçirildi

Türkiyə Böyük Millət Məclisinin (TBMM) Dostluq Qrupu heyətinin Polşaya səfəri çərçivəsində Varşavada iş dünyası nümayəndələri ilə geniştərkibli görüş təşkil olunmuşdur. Görüş TURKPOL dərnəyinin təşkilatçılığı və Türkiyə Respublikasının Polşadakı Fövqəladə və Səlahiyyətli Səfiri cənab Rauf Alp Denktaşın iştirakı ilə keçirilmişdir.

Tədbirdə TBMM-in millət vəkilləri, Polşanın dövlət və özəl sektor nümayəndələri, eləcə də müxtəlif ölkələrdən biznes qurumlarının təmsilçiləri iştirak etmişdir. Görüş çərçivəsində regional iqtisadi əməkdaşlıq imkanları, ortaq investisiya layihələri və gələcək tərəfdaşlıq perspektivləri ətrafında səmərəli müzakirələr aparılmışdır.

Polşa Azərbaycanlıları Şurası olaraq biz də bu mühüm platformada iştirak etmiş, əməkdaşlıq imkanları və qarşılıqlı fəaliyyət istiqamətləri üzrə fikir mübadiləsi aparmışıq.

Bu cür beynəlxalq görüşlər yalnız iqtisadi əlaqələrin inkişafına deyil, eyni zamanda dostluq münasibətlərinin və qarşılıqlı etimadın möhkəmlənməsinə də xidmət edir.

Tədbirin yüksək səviyyədə təşkilinə və dəvətə görə TURKPOL dərnəyinin sədri Göktürk bəyə təşəkkürümüzü bildiririk. 🇦🇿🤝🇵🇱