Polşadakı soydaşlarımızın uaqlarına ingilis dili tədris olunacaq

Polşa Azərbaycanlıları Şurası tərəfindən Polşada yaşayan soydaşlarımızın azyaşlı övladları üçün Azərbaycan və İngilis dillərinin tədrisinə başlanılacaq. Dərslər hər həftənin şənbə günü ümumilikdə 1 saat olmaqla Varşava Azərbaycan Evində keçiriləcəkdir.
Dilləri tədris edəcək müəllim uzun müddətdir Polşada yaşayan və uşaq bağçalarında ingilis dili müəllimi kimi fəaliyyət göstərən həmyerlimiz Esmira Şıxməmmədova olacaqdır.
Esmira xanım Qafqaz Universitetinin İngilis dili və ədəbiyyatı fakultəsindən məzun olub və uzun illər tərcüməçi və müəllim kimi fəaliyyət göstərib.
Polşa Azərbaycanlıları Şurasının sədri Fərid Cəfərli Polşadakı soydaşlarımıza müraciət edib: “Tədris prosesi tam təmənnasız həyata keçiriləcəkdir. Əgər siz də övladlarınızın ana dilini və ingilis dilini daha yaxşı öyrənməsini istəyirsinizsə, zəhmət olmasa mesaj bölməsinə ad, soyad və əlaqə nömrənizi və övladınızın yaşını qeyd edin.
Düşünürəm ki, bu addımla həm də azərbaycanlı ailələrin tanış olmasında, qarşılıqlı dostluq münasibətlərinin yaranmasında da rolumuz olar”.
Qeyd edək ki, müraciət etmiş şəxslər üçün whatsapp qrupu yaradılacaq və müəllimlə görüş təşkil olunacaq. Əlavə suallar olarsa, whatsapp qrupda və ya müəllimlə görüş zamanı cavablandırılacaqdır.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *