Berlində Xordad qiyamının ildönümü qeyd olunacaq

Xordad qiyamının ildönümünə həsr olunmuş aksiya ilə əlaqədar olaraq Polşa Azərbaycanlıları Şurasının təşkilatçılığı ilə Polşa Respublikasında yaşayan, aralarında Türkiyədən və Cənubi Azərbaycanlılar da olmaqla 140 nəfərə yaxın soydaşımız 19 may 2023-cü il tarixdə Almaniyanın Berlin şəhərinə yola düşüb. Aksiya 20 may 2023-cü il tarixdə Berlin şəhərində keçiriləcəkdir. “Biz hər zaman Cənublu qardaşlarımıza dəstək olmağı özümüzə borc bilirik”,- deyə Polşa Azərbaycanlıları Şurasının sədri Fərid Cəfərli sosial şəbəkə hesabında öz dəstək fikrini bölüşüb.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *