Fərid Cəfərli: “Diaspor fəaliyyətində göstərdiyimiz iradə bizdən sonrakı nəsillərə dərs olacaq”

Bu gün xaricdə yaşayan soydaşlarımız Ümummilli lider Heydər Əliyevin abidəsini və eləcə də Şəhidlər xiyabanını ziyarət ediblər. Ziyarətçilərin arasında olan PAŞ sədri Fərdi Cəfərli deyib ki, bura qürur yerimiz olmaqla yanaşı, eyni zamanda qəhrəmanlıq salnaməsidir: “Biz Azərbaycanımızın müstəqilliyindən güc alıb, ölkə xaricində ölkəmizin maraqlarını var gücümüzlə müdafiə edirik. Bu ideoloji yolda, diaspor fəaliyyətində göstərdiyimiz əzm, iradə bizdən sonrakı nəsillərə dərs olacaq. Necə ki, biz də bu gün bizdən öncəki nəsillərin Azərbaycanı yaşatmaq uğrunda atdıqları addımlardan örnək götürürük. Allah Azərbaycanımızı qorusun, Azərbaycan xalqını qorusun”.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *